BSU: Həştərxan Dövlət Universitetinin prorektoru ilə görüşdə tələbə və müəllim mübadiləsi barədə müzakirələr aparılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
N.Tatişev adına Həştərxan Dövlət Universitetinin prorektoru Angelina Fadina və Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları arasında görüş keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Təhsil fakültəsinin dekanı dosent Sevinc Axundova, Beynəlxalq proqramlar və akademik mobillik şöbəsinin müdiri Ülviyyə Məmmədova, Praktiki rus dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Güney Məhərrəmova iştirak ediblər.
Görüşdə universitetlər arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi, ortaq təhsil və tədqiqat proqramlarının işlənməsi, tələbə və müəllim mübadiləsi, həmçinin BSU-da “Psixologiya” istiqamətinin inkişafı sahəsində təcrübə mübadiləsi, “Rus dili üzrə xarici dil müəllimliyi ixtisasında təhsil proqramının yaradılması və tətbiqi” adlı qrant layihəsinin beynəlmiləlləşmə strategiyası çərçivəsində implementasiyası barədə ətraflı müzakirələr aparılıb.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır