İngilis dili üzrə TKT imtahanları barədə vebinara qeydiyyat aparılır
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq tərəfdaşı “Cambridge University Press & Assessment” ilə birlikdə TKT sertifikatına dair (Open new doors with your TKT certificate) vebinar keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, vebinarın keçirilməsində məqsəd Kembric ingilis dili üzrə kvalifikasiyaların müəllimlər üçün nəzərdə tutulmuş TKT (Teaching Language Test) imtahanının ölkədə tanınmasına töhfə verməkdir. “Cambridge University Press & Assessment” ingilis dilini öyrənənlər və müəllimlər üçün dünyanın qabaqcıl kvalifikasiyalarını və imtahanlarını təqdim edir. Hər bir imtahan öyrənənlərin danışıq, yazı, oxu və dinləmə bacarıqlarını CEFR (Common Eeuropean Framework of References for Languages) səviyyələrinə uyğun şəkildə ölçür.
Vebinara qeydiyyat sentyabrın 28-dək aparılacaq. Onlayn tədbirdə “Cambridge University Press & Assessment”in Ukrayna və Qafqaz üzrə biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk TKT barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq. Bununla yanaşı, imtahanlara hazırlıq prosesi, sertifikatın üstünlükləri, Kembric ingilis dili imtahanlarına qeydiyyat prosesi barədə danışılacaq.
İştirak etmək istəyənlər DİM-in saytında müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Həmçinin vebinara qoşulmaq üçün “Zoom” linki DİM-in saytında yerləşdirilib.
Xatırladaq ki, DİM “Cambridge University Press & Assessment” qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır