×
A
A
A
Sazlamalar

İsveçrəli tələbələr “Ernest&Young” şirkətinin Bakı ofisində təcrübədə olublar

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES - SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin “Azərbaycan bazarının təhlili və biznes mühitinin qiymətləndirilməsi adlı” intensiv təcrübə proqramı çərçivəsində isveçrəli tələbələr üçün yerli və beynəlxalq şirkətlərə işgüzar turlar təşkil edilir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tələbələr işgüzar görüşün ilk günü “Ernest&Young” (EY) şirkətində təcrübədə olublar. Onlar EY missiyası, şirkətin gələcəyə baxışı, departamentlərin fəaliyyəti, eləcə də müxtəlif dövlət qurumları və sahibkarlarla tərəfdaşlıq əlaqələri haqqında məlumat əldə ediblər. Eyni zamanda, EY-in yaşıl siyasətlə bağlı həyata keçirdiyi layihələrlə tanış olublar.
EY əməkdaşları tərəfindən keçirilən 4 sessiyalı təlimlərdə tələbələrin dayanıqlı inkişaf, yaşıl siyasət, dayanıqlı maliyyə və audit sistemi, konsultasiya və s. haqqında sualları cavablandırılıb.

Elm və təhsil 2022-09-21 17:54:00