×
A
A
A
Sazlamalar

DİM-də növbəti TOEFL iBT imtahanı təşkil edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla 4 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının sentyabrın 24-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Elm və təhsil 2022-09-21 15:41:00