×
A
A
A
Sazlamalar

Elizabet Trass: Rusiya Ukraynadan çıxmalı və Kiyevə təzminat ödəməlidir

Bakı, 21 sentyabr, AZƏRTAC

Rusiya tamhüquqlu tərəfdaş kimi beynəlxalq arenaya qayıtmaq istəyirsə, Ukraynanı tərk etməli və ona təzminat ödəməlidir.
AZƏRTAC “Evening Standard” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın hökumət başçısı Elizabet Trass BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedərkən jurnalistin müvafiq sualına cavabında deyib.
“Rusiya Ukraynadan çıxmalı və baş verənlərə görə Kiyevə lazımi təzminat ödəməlidir. Biz Moskvanın qonşu ölkələri bir daha heç vaxt təhdid edə bilməyəcəyindən əmin olmalıyıq”, - deyə Elizabet Trass bildirib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib. Ukraynaya isə böyük həcmdə hərbi və humanitar yardım göstərilməsi davam edir.

Dünya 2022-09-21 15:26:00