×
A
A
A
Sazlamalar

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, seminarda Funksiyalar nəzəriyyəsi şöbəsinin baş elmi işçisi Rəşid Əliyev “Sinqulyar inteqral çevirmələrin diskret analoqlarının bəzi xassələri” mövzusunda məruzə edib.
Məruzədə həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsas inteqral çevirmələrindən olan Hilbert çevirməsi və Ahlfors-Beurlinq çevirmələrinin diskret analoqlarının xassələrindən bəhs olunub.

Elm və təhsil 2022-09-21 15:04:00