Təhsil İnstitutu “Əməliyyatların mərkəzində istehsalat” mövzusunda vebinar təşkil edəcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Oktyabrın 13-də Təhsil İnstitutunun təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” və Azərbaycan Texniki Universitetinin “SABAH Magistratura” proqramı çərçivəsində “Əməliyyatların mərkəzində istehsalat” mövzusunda vebinar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda şirkətdəki əməliyyatlar və dəyər zəncirindən, şirkətlərə gəlir gətirməsi üçün əməliyyatların aparılma formasından, istehsalatın şirkətin dəyər zəncirindəki əsas rolundan danışılacaq.
Tədbirdə spiker qismində Helio Yanez Portoles çıxış edəcək. O, bakalavr təhsilini İspaniyanın Ramon Llull Universitetində kimya mühəndisliyi ixtisası üzrə alıb, daha sonra eyni universitetdə ətraf mühit ixtisası üzrə magistratura təhsilini tamamlayıb. Esade Biznes Məktəbində isə biznesin idarə edilməsi üzrə magistratura təhsili alıb. Onun kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşan beynəlxalq şirkətdə 10 ildən çox təcrübəsi var.
Vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün oktyabrın 11-dək link vasitəsilə qeydiyyatdan keçmək xahiş olunur.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır