×
A
A
A
Sazlamalar

Azərbaycanla Misir arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan və Misir arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

 

Ekologiya 2022-09-19 10:21:00