×
A
A
A
Sazlamalar

Türkiyənin kurort şəhəri - Antalya

Bakı, 16 sentyabr, AZƏRTAC

Türkiyənin Aralıq dənizi sahilindəki kurort şəhəri Antalya tarixi, təbiəti, gözəl çimərlikləri, mətbəxi, müxtəlif əyləncə imkanları və unikal dizaynlı lüks otelləri ilə turistləri cəlb edir.
AZƏRTAC xəbər verir ki, hər il milyonlarla turistin axın etdiyi şəhərdə əksər otellər həm memarlığı, həm də təqdim etdikləri keyfiyyətli xidməti ilə seçilir. Şəhərdə dizayn üslubuna görə İstanbul, Moskva, Amsterdam və Venesiya kimi tarixi şəhərlərin görməli yerlərindən ilhamlanan otellərlə yanaşı, saray, gəmi və digər başqa görünüşlü maraqlı arxitekturaya malik otellər də var.
Qeyd edək ki, Antalya malik olduğu imkanlara, görməli yerlərinə, otel xidmətlərinə və gözəl təbiətinə görə dünyanın turizm paytaxtlarından hesab edilir.

Turizm 2022-09-16 15:45:00