×
A
A
A
Sazlamalar

Lobya qanda xolesterinin səviyyəsini xeyli aşağı salır

Bakı, 13 sentyabr, AZƏRTAC

Xolesterinin yüksək səviyyəsi qanda xolesterin adlanan yağ maddələrinin həddən artıq olması deməkdir. Bu, qanın damarlarında toplanması nəticəsində ürək tutmaları və insult kimi ciddi xəstəliklərə gətirib çıxara bilər. Xolesterinin yüksək səviyyəsinə bir sıra amillər, o cümlədən fiziki məşqlər, yaş və genetika səbəb ola bilər.
AZƏRTAC bu barədə “MedikForum”a istinadla xəbər verir.
Əksər hallarda pəhriz əsas səbəblərdən biri hesab olunur. Buna görə də yüksək xolesterin riskinə məruz qalan və ya ondan əziyyət çəkən hər kəsə yağlı, şirin və emal edilmiş məhsullardan istifadəni azaltmağı və daha sağlam ərzaqların qəbulunu artırmağı tövsiyə edirlər.
Xolesterini yüksək səviyyədə olan insanlar üçün lobya faydalı ola bilər. Lobya qəbul edən qruplarda aşağı sıxlıqlı lipoproteinlərin qatılığının 15 faiz yağlı qida qəbul edən qruplara nisbətən əhəmiyyətli dərəcədə aşağı düşməsi aşkarlanıb.
Lobya qaraciyərdə xolesterin sintezinin azalması və bağırsaqda xolesterinin sorulması yolu ilə tərkibində yüksək dərəcədə zəngin yağların olduğu rasionun əmələ gətirdiyi yüksək səviyyəli xolesterini kənarlaşdırır.

Sağlamlıq klubu 2022-09-13 16:39:00