×
A
A
A
Sazlamalar

Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıblar

Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parataekvondo idman növü üzrə milli komandasının üzvü Sabir Zeynalov (58 kq) "Paris 2022 World Taekwondo" Qran-Prisinin gümüş medalına sahib olub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, millimizin digər üzvləri İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) Qran-Prinin bürünc medalını qazanıblar.
Beləliklə Qran-Pridə nəticə qazanmış idmançılar öz aktivlərinə əlavə reytinq xalları yazdıraraq Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını artırıblar.

İdman 2022-09-05 20:22:00