×
A
A
A
Sazlamalar

Fransa klubu “Qarabağ” ilə oyunlar üçün heyətini açıqlayıb

Bakı, 5 sentyabr, AZƏRTAC

Fransanın “Nant” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Antuan Kombuarenin açıqladığı siyahıda qapıçılar - Alban Lyafon, Remi Deskam, Denis Petriç, müdafiəçilər - Fabio, Andrey Cirotto, Nikolya Pallua, Dennis Appia, Jan-Şarl Kastelletto, Robin Vuazin, Sebastyan Korşya, Kenten Merlen, Şarl Traore, yarımmüdafiəçilər - Pedro Çirivelya, Samüel Mutussami, Lüdovik Blas, Mussa Sissoko, Məhəmməd Açi, Loann Duse, hücumçular - Evann Gessan, Markus Koko, İqnatius Qanaqo, Moyzes Simon, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.
Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

İdman 2022-09-05 19:06:00