×
A
A
A
Sazlamalar

“Rosoboroneksport” “ADEX-2022” sərgisində Xəzəryanı ölkələr üçün aktual olan Rusiya məhsullarını təqdim edəcək

Bakı, 5 sentyabr, AZƏRTAC

“Rostex” dövlət korporasiyasına daxil olan “Rosoboroneksport” Səhmdar Cəmiyyəti sentyabrın 6-8-də Bakıda keçiriləcək “ADEX-2022” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Rusiyanın birləşmiş ekspozisiyasını təşkil edir.
“Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib: “Rosoboroneksport” – “ADEX” sərgisinin ənənəvi iştirakçısıdır. Biz Bakıda uzunmüddətli qonşuluq münasibətlərinin birləşdirdiyi Xəzəryanı regionu ölkələri üçün Rusiyanın aparıcı müəssisələrinin müdafiə sənayesi məhsullarını nümayiş etdiririk. 2022-ci ildə Rusiya ekspozisiyasını silahlı qüvvələrin və qoşunların bütün növləri, xüsusi və polis bölmələri üçün 500-ə yaxın nümunə təqdim edəcək, mülki məhsulların geniş çeşidini sərgiləyəcəyik. “Rosoboroneksport” tərəfindən irəli çəkilən atıcı silahlara, terrorizm əleyhinə sistemlərə və kibertəhlükəsizlik üzrə layihələrə böyük diqqət ayrılacağını gözləyirik”.
AZƏRTAC xəbər verir ki, “Rosoboroneksport” sərgidə müasir texnika nümunələri nümayiş etdirəcək.
“ADEX-2022”də ümumilikdə Rusiya ekspozisiyasında 20-dən artıq sənaye müəssisəsi iştirak edir, onlardan 6-sı məhsullarını öz stendlərində təqdim edəcək.
Aleksandr Mixeyev daha sonra deyib: “ADEX-2022”də Rusiya nümayəndə heyətinin nüfuzlu tərkibi və ekspozisiya “Rosoboroneksport”a öz tərəfdaşları ilə region üçün hər cür aktual cari və perspektiv layihələri, eləcə də dünya bazarının yeni şərtləri çərçivəsində qarşılıqlı fəaliyyət formatlarını müzakirə etməyə imkan verəcək. Biz sənaye tərəfdaşlığı çərçivəsində təkliflərimiz, birgə layihələrin işlənib hazırlanması, silah-sursat və hərbi texnikanın istehsalı, daha əvvəl tədarük olunan məhsulun modernləşdirilməsi, personalın təlimi imkanları barədə söhbət açacağıq”.
Rusiyada hərbi və ikili təyinatlı məhsulların, xidmətlərin və texnologiyaların bütün spektrinin ixrac/idxalı ilə məşğul olan yeganə dövlət təşkilatı olan “Rosoboroneksport” Səhmdar Cəmiyyəti “Rostex” dövlət korporasiyasına daxildir. Dünya silah-sursat bazarının liderlərindən biri sayılan “Rosoboroneksport”un payına Rusiyanın silah və hərbi texnikası ixracatının 85 faizdən çoxu düşür.
“Rostex” dövlət konserni Rusiyanın ən iri sənaye şirkətidir. 2022-ci ildə özünün 15 illiyini qeyd edən şirkət ölkənin 60 regionunda 700-ə yaxın elmi və istehsal təşkilatlarını birləşdirir, fəaliyyətinin əsas istiqamətləri təyyarəqayırma, radioelektronika, tibbi texnologiya, innovasiyalı materiallar və sairdir.

Sərgilər 2022-09-05 18:08:00