×
A
A
A
Sazlamalar

“Qarabağ” klubu “Trabzonspor”un hücumçusu Benqali-Fode Koyta ilə maraqlanır

Bakı, 5 sentyabr, AZƏRTAC

Ağdamın “Qarabağ” klubu Türkiyənin “Trabzonspor” komandasında çıxış edən Benqali-Fode Koyta ilə maraqlanır.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Hatayspor” və “Giresunspor”un da 32 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi bildirilib. Lakin qvineyalı oyunçu hər iki təklifi rədd edib.
Forvardın agenti Trabzona gedib və transfer məsələləri ilə məşğul olmağa başlayıb.
Qeyd edək ki, Benqali-Fode Koyta 2021-ci ildən "Trabzonspor"da çıxış edir. Qara dəniz təmsilçisi müqaviləsi 2024-cü ildə başa çatan afrikalı oyunçu ilə yollarını ayırmaq istəyir.

İdman 2022-09-05 10:05:00