×
A
A
A
Sazlamalar

Super Liqa klubu heyətinə nigeriyalı futbolçu cəlb edib

Bakı, 3 sentyabr, AZƏRTAC

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı yarımmüdafiəçi Ahmed Musanı heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İyirmi doqquz yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb.
Futbolçunun sonuncu iş yeri Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük” olub. O, ötən ilin iyulunda sözügedən klubun uğurları üçün çalışırdı. Bu komandada 34 matça çıxan futbolçu, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nigeriyalı futbolçu karyerası ərzində “Kano Pillars”, “Venlo”, ÇSKA (Moskva), “Lester Siti”, “Əl-Nəsr” klublarında da forma geyinib. O, Nigeriya yığmasında 107 oyun keçirib, 16 qol vurub.

İdman 2022-09-03 17:09:00