×
A
A
A
Sazlamalar

Dünya Karate Federasiyasının prezidenti: Karate Olimpiadanın fəlsəfəsinə uyğun idman növüdür

Bakı, 1 sentyabr, AZƏRTAC

Karatenin Tokio Olimpiadasından sonra Olimpiya proqramından çıxarılma səbəbini bilmirik. Deyə bilərəm ki, karate Olimpiadanın fəlsəfəsinə uyğun idman növüdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunacaq Karate1 Premyer Liqa turnirə həsr olunmuş mətbuat konfransında Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos deyib.
Federasiya rəsmisi bildirib ki, karatenin 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının proqramında yer alması üçün çalışırıq. Bunun üzərində iş gedir.
Qeyd edək ki, sentyabrın 2-4-də Bakıda ilk dəfə Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri keçiriləcək. Premyer Liqanın Bakı mərhələsində 58 ölkədən 347 tanınmış karateçi iştirak edəcək. Onların arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçiriləcək. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparacaq. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

İdman 2022-09-01 18:21:00