×
A
A
A
Sazlamalar

Antonio Espinos: Bakıda ən güclü kata və kumiteçilər birincilik uğrunda mübarizə aparacaqlar

Bakı, 1 sentyabr, AZƏRTAC

Bakıda Karare1 Premyer Liqa turnirinin dördüncü mərhələsi təşkil olunacaq. Ölkənizdə ən güclü kata və kumiteçilər birincilik uğrunda mübarizə aparacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunacaq Karate1 Premyer Liqa turnirə həsr olunmuş mətbuat konfransında Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos deyib.
Bildirib ki, Premyer Liqanın Bakı mərhələsində 58 ölkədən 347 tanınmış karateçi iştirak edəcək. Onların arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçiriləcək. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparacaq. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.
Qeyd edək ki, sentyabrın 2-4-də Bakıda ilk dəfə Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri keçiriləcək.

İdman 2022-09-01 17:30:00