×
A
A
A
Sazlamalar

“Məhəllələrarası futbol” layihəsi üzrə növbəti yarış keçirilib

Bakı, 1 sentyabr, AZƏRTAC

AFFA-nın və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının təşəbbüsü ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Məhəllələrarası futbol” layihəsi üzrə növbəti yarış keçirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında təşkil olunan yarışda Binə qəsəbəsinin komandası birinci olub. Buzovna qəsəbəsinin komandası yarışı ikinci, Şüvəlan qəsəbəsinin futbolçuları isə üçüncü pillədə başa vurublar.
Qalib komandalar Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, UGFF-nin baş katibi Asim Xudiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Cəlil Əlizadə və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplom və medallarla təltif olunublar.
“Məhəllələrarası futbol” pilot layihəsinin digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulub. Layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdır.

İdman 2022-09-01 15:21:00