Azərbaycan Velosiped Federasiyası daha bir yeniliyə imza atıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Velosiped Federasiyası (AVF) daha bir yeniliyə imza atıb. Qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətlər göstərmiş qazilərin və müharibə iştirakçılarının fiziki reabilitasiyası, idmanla məşğul olmaları, eləcə də bu fədakar və iradəli insanların təcəssümündə cəmiyyətdə sağlam həyat tərzinin təbliği məqsədilə federasiya rəhbərliyinin qərarına əsasən, AVF-də Qazilərlə iş bölməsi yaradılıb.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, bölməyə ictimai əsaslarla rəhbərlik Müdafiə Sənayesi Nazirliyinin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevə həvalə olunub.
Yeni struktur qazilər və müharibə iştirakçıları ilə yaxından əməkdaşlıq edəcək, onların AVF-nin imkanlarından geniş bəhrələnərək velosiped idmanı ilə məşğul olmaları, həmçinin fiziki sağlamlıqlarının bərpası, asudə vaxtlarının səmərəli təşkili üçün yarışlar, yürüşlər və s. tədbirlər keçirəcək.
İlk belə tədbirin 27 sentyabr - Anım Günü ərəfəsində qazilərin velosiped yürüşünün keçirilməsi nəzərdə tutulur.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir