Azərbaycanın 2 boksçusu Qazaxıstanda keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib. Yığmamızın üzvlərindən Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) dörddəbir final döyüşünü qələbə ilə başa vurublar.
AZƏRTAC Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, R.Qədirov Samat Jetibayevi (Qazaxıstan) 3:1 hesabı ilə məğlub edib. O, finala gedən yolda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gələcək.
R.Rəhimov isə Adilet Dosimbekovu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz döyüşü 5:0 hesabı ilə aktivinə yazıb. Boksçumuz növbəti qarşılaşmasında özbəkistanlı Nusratbek Tohirovla gücünü sınayacaq.
Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Yarışın dörddəbir final mərhələsində daha 3 idmançımız – Rüfət Hüseynov (51 kq), Mirşərif Kazımzadə (75 kq) və Rasim Çobanlı (75 kq) rinqə çıxacaq. Onlar müvafiq olaraq, Foziljon Abdumuradov (Özbəkistan), İliyar Aşirov (Qazaxıstan) və Dias Moljiqitovla (Qazaxıstan) qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçunun qatıldığı turnirdə yarımfinal döyüşləri sentyabrın 3-də olacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir