×
A
A
A
Sazlamalar

Gənclər və İdman Nazirliyi idmançıların sentyabr üçün reytinq cədvəlini açıqlayıb

Bakı, 1 sentyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyi Olimpiya növləri üzrə milli komandaların idmançılarının sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 605 xalla siyahıya başçılıq edir.
Bədii gimnast Zöhrə Ağamirova 535 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 380 xalla üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

İdman 2022-09-01 11:49:00