×
A
A
A
Sazlamalar

Zeytun yağı istənilən növ xərçəng riskini 31 faiz azaldır

Bakı, 30 avqust, AZƏRTAC
Məlumdur ki, istənilən xəstəliyin qarşısının alınması onun müalicəsindən daha asandır. Xoşbəxtlikdən, bəzi qidalar antioksidant fəallığı sayəsində xərçəngin inkişafının qarşısını ala bilər. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bu təsirlər xüsusilə zeytun yağını müntəzəm istifadə edən insanlarda nəzərə çarpır.
Zeytun yağının tərkib hissəsinin bir neçə növ xərçəngin inkişafına qarşı qorunmanı təmin etdiyinə dair bir çox sübutlar var.
"Zeytun yağının mütəmadi qəbul edilməsi istənilən xərçəng növünün inkişafının ehtimalının 31 faiz azalmasına səbəb olur. Zeytun yağının müsbət təsiri əsasən onun monodoymamış yağ turşuları, skvalen və fenol birləşmələrlə zəngin müstəsna tərkibi ilə izah olunur. Onların güclü antioksidant xüsusiyyətləri təmizlənmə səbəbindən hüceyrə oksidləşdirici stresi və DNT zədələnməsini məhdudlaşdırır və kanserogenezlə əlaqəli mühüm siqnal yollarına təsir edir”, - deyə diyetoloq İqor Strokov bildirir.
45 tədqiqatın meta-analizi göstərib ki, qorunma ən çox süd vəzisi, mədə-bağırsaq və sidik yolları xərçənglərində əhəmiyyətlidir. Növbəti tədqiqatlar xərçəngin qarşısının alınmasında zeytun yağının rolunun daha dərindən anlaşılmasını təmin edə bilər.
Sağlamlıq üçün bu cəlbedici üstünlüklər zeytun yağını populyar bitki yağı edib. Tədqiqatçılar zeytun yağının bütün faydalarından istifadə etmək üçün onu çiy şəkildə istifadə etməyi tövsiyə edirlər.

Sağlamlıq klubu 2022-08-30 12:05:00