×
A
A
A
Sazlamalar

Baş nazir Əli Əsədovun Çolpon-Ata şəhərində Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşü olub

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 25-də Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər.

Xarici siyasət 2022-08-25 20:44:00