×
A
A
A
Sazlamalar

BDU-nun Jurnalistika fakültəsində tələbələrin praktik təcrübələri üçün lazımi şərait yaradılır

Bakı, 19 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tədrisin müasirləşdirilməsi istiqamətində səmərəli tədbirlər reallaşdırılır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültədə Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia və elektron kommunikasiya və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları fəaliyyət göstərir. 1 tədris tele-radio studiyası, 2 media mərkəzi - “Füyuzat” Media mərkəzi və “Barama” Media mərkəzində tələbələrin praktik təcrübələri üçün lazımi şərait yaradılır.
Eyni zamanda, “Jurnalistika” elmi-tədqiqat laboratoriyasında tələbələr elmi-tədqiqat işlərinə cəlb olunurlar.
Məzunlar media orqanlarında, təşkilatların mətbuat xidməti, ictimaiyyətlə əlaqələr şöbələrində, informasiya agentliklərində, reklam sahəsində çalışa bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Elm və təhsil 2022-08-19 14:46:00