Şahmat üzrə milli dərəcəli hakimlər üçün seminar təşkil ediləcək
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının Hakimlər komissiyası avqustun 25-28-də milli dərəcəli hakimlər üçün seminar təşkil edəcək.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, Zaqatala Olimpiya İdman Kompleksində keçiriləcək seminarda beynəlxalq hakimlər Faiq Həsənov, Lütfiyar Rüstəmov və Qüdrət İsmayılov mühazirəçi qismində çıxış edəcəklər.
Seminarda FIDE oyun qaydaları (klassik, rapid, blits), əsasnaməsi, İsveçrə sistemi üzrə püşkatma proqramından istifadə təlimatları və elektron saatlar müzakirə mövzusu olacaq.
Ümumilikdə, 14 saatı əhatə edəcək nəzəri materialları dinləyən hakimlər sonda test vasitəsilə imtahan olunacaqlar.
Azərbaycan kuboku yarışlarında maraqlı final statistikası
Azərbaycan kuboku yarışlarında son beş mövsümün rekordu müəyyənləşib
Bakıdakı dünya çempionatında daha 2 çəkidə qaliblər məlum olub
Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb
İtaliya çempionatında mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb