Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlimlər keçirilib VİDEO
Bakı, 19 avqust, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.
Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Yaşar Güler: Ermənistan sülh üçün yaranan şəraiti lazımınca dəyərləndirmir
Nazir: Gələn il Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü Gürcüstanda keçiriləcək