×
A
A
A
Sazlamalar

Kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına qəbul aparılır

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Ankara Universiteti arasında imzalanan müqaviləyə əsasən, 2022/2023-cü tədris ilində kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına qəbul aparılır.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, proqrama qəbul olunan abituriyentlər iki il AzTU-da, iki il isə Ankara Universitetində təhsil alacaq.
Bakalavriat səviyyəsində tədrisi başa vurduqda tələbə hər iki ali məktəbin diplomuna sahib olmaq imkanı əldə edəcək.

Elm və təhsil 2022-08-18 14:43:00