Qurban Qurbanov: Cavab oyununda daha çox güc sərf etməliyik
Bakı, 17 avqust, AZƏRTAC
Oyun gərgin keçdi. Hər iki komanda bir-birini yaxından tanımadığına görə, həyəcan var idi və düşünürəm ki, bu, olmalı idi.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının ilk oyunundan sonra mətbuat konfransında bildirib. O qeyd edib ki, rəqib fiziki gücü yaxşı olan komandadır. Həm əks-hücumlardan, həm də standart vəziyyətlərdən təhlükəlidir. 3-4 qol epizodumuz oldu. Cavab oyununa hazırlaşmalıyıq. Düşünürəm ki, cavab oyununda daha çox güc sərf etməliyik.
Baş məşqçi futbolçulardan razı qaldığını bildirərək komandanın hər bir üzvünə təşəkkür edib. O, eyni zamanda, güclü dəstəyə görə azarkeşlərə minnətdarlıq edib.
Qeyd edək ki, cavab qarşılaşmasına avqustun 23-də Plzendəki "Dusan Arena"da Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
“Time” jurnalı: Lionel Messi 2023-cü ilin idmançısı seçilib
Güləş üzrə “Təhsil” turnirində ilk günün qalibləri müəyyənləşib
Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
Rauf Məmmədov: Çətin olsa da, dünya çempionatında medal qazanmaq istəyirəm