×
A
A
A
Sazlamalar

İslamiada: Azərbaycan kikboksçuları finala çıxıb

Konya, Səxavət Quliyev, AZƏRTAC
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan kikboksçuları uğurlu start verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 2 kikboksçusu - Rəhim Əliyev (low kick, 71 kq) və Bəhram Rəcəbzadə (low kick, +91 kq) finala çıxıb. Final görüşləri sabah keçiriləcək.
Həmçinin Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Arzuman Qədimov (low kick, 63,5 kq) və Aysu Devrişova (56 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, İslamiadada kikboksinq yarışları son günədək - avqustun 18-dək davam edəcək.

İdman 2022-08-16 20:47:00