×
A
A
A
Sazlamalar

İslamiada: Voleybol yığmalarımızın medal görüşlərindəki rəqibləri bəlli olub

Bakı, 15 avqust, AZƏRTAC

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, yarımfinalda İran yığmalarına məğlub olan qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları bu gün bürünc medal uğrunda mübarizə aparacaqlar.
Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qadın voleybolçulardan ibarət milli isə bürünc medal uğrunda matçda Kamerunu sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 14:00-da veriləcək.

İdman 2022-08-15 01:21:00