Laurentsiu Regekampf: Bu gün qələbə qazandığımız üçün çox sevinirəm
Bakı, 14 avqust, AZƏRTAC
Yaxşı oyun oldu. Bu matç üçün narahat idim. Komandam Avstriyada "Rapid"lə matçda 120 dəqiqə mübarizə aparmışdı. Orada əldə olunan nəticəyə görə üzgün idik. Ona görə də bu gün qələbə qazandığımız üçün çox sevinirəm.
AZƏRTAC xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Kəpəz” ilə matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Əminliklə deyə bilərəm ki, komandamın daha çox gücü var. Oyunçularımın daha aqressiv oynamalarını və əldə etdikləri epizodların hamısını qola çevirmələrini istəyirdim”, - deyə baş məşqçi bildirib.
Rumıniyalı mütəxəssis UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyanın "Rapid" klubu ilə qarşılaşmanı unutmadığını qeyd edərək deyib: “Bunu unutmaq asan deyil. Əlimizdə turnirin pley-off mərhələsinə vəsiqə əldə etmək üçün böyük şansımız var idi. Bunun üçün hamımız üzərimizdə çox çalışırdıq. Bunu unutmamalı, həmin matçdan nəticə çıxartmalı və daha güclü olmalıyıq. Komandamın sadəcə total, aqressiv və hücumameyilli futbol oynamasını istəyirəm. Komandamızda bunun üçün keyfiyyətli oyunçularımız var".
Zelim Tçkayev və Hidayət Heydərov yarımfinala vəsiqə qazanıblar
"Neftçi" zədəli futbolçularının son vəziyyətini açıqlayıb
Dünya seriyalı turnirdə uğurla çıxış edən stolüstü tennisçilərimiz Vətənə qayıdıb
Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib