Azərbaycan gimnastı İslamiadada gümüş medal qazanıb
Konya, 14 avqust, Səxavət Quliyev, AZƏRTAC
Azərbaycan gimnastı Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Mədinə Mustafayeva qadınlar arasında fərdi proqramda ikinci yeri tutub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir