×
A
A
A
Sazlamalar

Ən yaxşı jurnalist işi üçün “Sərhədsiz Xəzər” müsabiqəsi elan edilib

Bakı, 13 avqust, AZƏRTAC

Həştərxan vilayətində “Sərhədsiz Xəzər” müsabiqəsi doqquzuncu dəfə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Xəzər regionu ölkələri ərazisində fəaliyyət göstərən KİV-lər, yaradıcı qruplar, təşkilatlar və müəlliflər iştirak üçün öz işlərini göndərə bilərlər. Nəticədə işlər peşəkar münsif heyəti tərəfindən dəyərləndiriləcək.
Müsabiqədə iştirak üçün müraciətləri 2022-ci il avqustun 21-dək (avqustun 21-i də daxil olmaqla) aşağıdakı nominasiyalar üzrə vermək mümkündür: “Xəzər fotosu”, İnsan və dəniz”, “Xəzər ölkələrini kəşf edərkən”, “Xəzər – sağlamlıq ərazisi”, “Yeni baxış”.
Müsabiqədə iştirak üçün müraciətləri elektron şəkildə [email protected] ünvanına rus, ingilis dillərində və yaxud Xəzəryanı region ölkələrindən birinin rəsmi dilində, rus dilinə tərcümə olunmaqla göndərmək mümkündür. Müraciətlərin qəbulu 2022-ci il avqustun 21-dək (avqustun 21-i də daxil olmaqla) həyata keçiriləcək.
Müsabiqənin nəticələrinə Xəzər mediaforumu - 2022 çərçivəsində yekun vurulacaq.

 

Ekologiya 2022-08-13 02:35:00