×
A
A
A
Sazlamalar

Məktəbəhazırlıq qrupları üçün digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb seçiminə start verilir

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 11-dən məktəbəhazırlıq qrupları üçün digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb seçiminə başlanılır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 8-dən isə məktəbəhazırlıq qrupları üçün Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə start verilib.
Qeyd edək ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılıb. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.

Elm və təhsil 2022-08-11 11:23:00