×
A
A
A
Sazlamalar

Zoologiya İnstitutunun əməkdaşı ekoloji monitorinqdə iştirak edib

Bakı, 11 avqust, AZƏRTAC

Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov Xəzər dənizinin Azərbaycan sektoruna aid ərazisində baş verən ekoloji proseslərin və ətraf mühitə təsirlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunan ekoloji monitorinqdə iştirak edib.
Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, ekspedisiya zamanı dənizin bioloji ehtiyatlarının hidrometroloji vəziyyəti öyrənilib, eləcə də mövcud ekoloji vəziyyət qiymətləndirilib. 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanıb. Müəyyən edilib ki, son illərdə Xəzər dənizində dəyişilmiş ekoloji şəraitlə bağlı (dəniz səviyyəsinin aşağı düşməsi, güclü çirklənməyə məruz qalması və s.) olaraq Xəzərdə yaşayan dəniz balıqlarının (siyənəklərin, kefalların və kilkələrin) vəziyyəti qənaətbəxşdir, keçici və yarımkeçici balıqların (adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şamayı) vəziyyəti isə qənaətbəxş deyil.

Elm və təhsil 2022-08-11 11:13:00