UEFA Superkuboku: “Real Madrid” komandası matçın birinci hissəsindən sonra hesabda öndədir
Bakı, 11 avqust, AZƏRTAC
Finlandiyada UEFA Superkuboku uğrunda keçirilən matçın birinci hissəsi başa çatıb.
Helsinki Olimpiya Stadionunda təşkil olunan matçda İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları qarşılaşırlar.
AZƏRTAC xəbər verir ki, FIFA hakimi ingiltərəli Maykl Oliverin idarə etdiyi görüşün birinci hissəsi “Real Madrid” komandasının 1:0 hesabı ilə üstünlüyü ilə yekunlaşıb.
Görüşün 37-ci dəqiqəsində braziliyalı müdafiəçi Kazemironun ötürməsindən sonra David Alaba matçda hesabı açıb.
Xatırladaq ki, baş məşqçi Karlo Ançelottinin kollektivi UEFA Çempionlar Liqası, “Ayntraxt”ın baş məşqçisi Oliver Qlasnerin futbolçuları isə UEFA Avropa Liqasının qalibi olduqları üçün Superkubok matçına vəsiqə qazanıblar.
“Real” cari çempionatda ilk məğlubiyyətini alıb
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında dünya çempionu olub
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Zaur Nağıyev: Ölkəmizdə yelkən idman növünün inkişafına xüsusi diqqət yetirilir
Qızıl medal mükafatçısı: Bu duyğunu yaşamağı hər bir idmançıya arzulayıram