×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Post Oil Economy” yay məktəbi başlanıb

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Post Oil Economy” yay məktəbi təşkil olunub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
ADNSU və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) əməkdaşlığı ilə keçirilən ikihəftəlik yay məktəbinin açılışında universitetin prorektorları, müəllim və tələbələr iştirak ediblər.
Yay məktəbinə Azərbaycan, Almaniya, İtaliyadan olan tələbələr qoşulublar.

Elm və təhsil 2022-08-10 12:00:00