×
A
A
A
Sazlamalar

UFAZ-a qəbul imtahanının nəticələri məlum olub

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022-2023-cü tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul imtahanının nəticələri açıqlanıb.
UFAZ-dan AZƏRTAC-a bildirilib ki, imtahan nəticələri barədə abituriyentlərə məlumat çatdırılıb.
Qeyd edək ki, qəbul imtahanında 424 nəfər iştirak edib.
Qəbul imtahanının nəticələrindən asılı olaraq UFAZ-da tələbələrə dövlət (120 yer) və ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur.

Elm və təhsil 2022-08-09 11:12:00