×
A
A
A
Sazlamalar

UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünə start verilib

Bakı, 5 avqust, AZƏRTAC

Bu gün futbol üzrə UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda mübarizə üçüncü təsnifat mərhələsindən başlayıb. Raundun bütün ilk oyunları eyni gündə keçirilib.
Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) - 2:1
"Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq) - 3:0
"Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya) - 3:0
"Maribor" (Sloveniya) - HIK (Helsinki, Finlandiya) - 0:2
"Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə) - 0:2
23:00 - "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) - 3:1
"Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 1:1.

İdman 2022-08-05 04:19:00