"Neftçi" - "Rapid" matçı başlayıb
Bakı, 4 avqust, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın komandası Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edir.
Bakı təmsilçisinin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber və Yusuf Laval yer alıblar.
"Rapid"in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Qvido Burqştaller, Aleksa Peyiç, Mixael Sollbauer, Martin Kostselnik, Yonas Auer, Marko Qrüll, Morits Osvald, Ante Bayiç və Bernhard Zimmerman çıxıblar.
"Bakcell Arena"da oynanılan görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edir.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir