×
A
A
A
Sazlamalar

Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları səyyar xidmət təşkil edib

Bakı, 4 avqust, AZƏRTAC

Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları səyyar xidmət təşkil edib.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon mərkəzindən kənar yaşayış məntəqələrində yaşayan şəxslərə göstərilən səyyar xidmətlər çərçivəsində Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları Masallı rayonunun Mahmudavar kəndində olublar.
Rusiya vətəndaşı Mirzəkişi Kərimova müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar təqdim edilib. Həmçinin miqrasiya qanunvericiliyinə dair məlumatlar verilib.

Cəmiyyət 2022-08-04 11:05:00