×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə məlumat yalandır

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ordu 2022-08-01 20:39:00