×
A
A
A
Sazlamalar

AzTU-nun magistraturasına1281 nəfər qəbul olunub

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsinə 2022/2023-cü tədris ili üzrə 1281 nəfər qəbul olunub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, bunlardan 897 nəfəri kişi, 384-ü qadındır.
Magistraturaya 1139 nəfər Azərbaycan bölməsi, 77 nəfər ingilis, 65 nəfər isə rus bölməsi üzrə qəbul olunub. Onlardan ümumilikdə 568 nəfəri dövlət sifarişli, 713-ü isə ödənişli ixtisaslarda təhsil alacaq.

Elm və təhsil 2022-07-30 12:14:00