×
A
A
A
Sazlamalar

Şahmatçımız Məhəmməd Muradlı beynəlxalq turnirin qalibi olub

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İsveçrənin Bill şəhərində təşkil olunan beynəlxalq şahmat festivalının qalibi olub.
AZƏRTAC xəbər verir ki, sonuncu turda yarışın iki lideri - həmyerlimiz Məhəmməd Muradlı və FIDE təmsilçisi Kiril Alekseyenko qarşılaşıb. Partiya heç-heçə ilə başa çatıb. Yekunda 7 xal qazanan şahmatçımız əlavə göstəricilərə əsasən, yarışın qalibi adını qazanıb. Rəqibi Kiril Alekseyenko isə ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, festivalda ümumilikdə 114 şahmatçı iştirak edib.



 

İdman 2022-07-22 18:37:00