×
A
A
A
Sazlamalar

Jurnalistlər arasında keçirilən voleybol üzrə “Zəfər kuboku” yarışının qalibi müəyyənləşib

Bakı, 22 iyul, AZƏRTAC

İdman Araşdırmalar Mərkəzinin (İAM), Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin, Azərbaycan Voleybol Federasiyası (AVF) və "Avrora Group"un birgə təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında keçirilən voleybol üzrə “Zəfər kuboku” yarışının qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində keçirilən final oyununda "Kəlbəcər" və "Şuşa" komandaları üz-üzə gəliblər.
İlk seti "Kəlbəcər" 25:18 hesabı ilə aktivinə yazdırsa da, "Şuşa" geridönüş edə bilib. İkinci setdə 25:17, qızıl setdə isə 15:7 hesablı qələbə qazanan “Şuşa” komandası “Zəfər kuboku” yarışının qalibi olub - 2:1.
Turnirin qalibinə kubok, pul mükafatı və diplomlar verilib. Yarışın ən yaxşı oyunçusu seçilən "Şuşa"nın üzvü İsgəndər İbrahimə pul mükafatı təqdim olunub.
Həmçinin yarışın təşkilinə verdiyi dəstəyə görə AVF və "Avrora Group" xüsusi plaketlə təltif ediliblər.
Bundan başqa, final oyunun hakimlərinə, Azərbaycan Voleybol Federasiyasının fotoqrafı İslam Atakişiyevə və qurumun mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovaya fəxri fərman verilib.
Təltif edilənlər arasında Vətən müharibəsi iştirakçısı, "Vətən uğrunda", "İgidliyə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", Füzuli, Xocavənd və Ağdamın azad olunmasına görə medalları ilə təltif olunmuş polkovnik-leytenant Vüsal Nağıyev də olub.

İdman 2022-07-22 18:07:00