×
A
A
A
Sazlamalar

“Qəbələ” klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayıb

Bakı, 21 iyul, AZƏRTAC
Macarıstanda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Fehervar" - "Qəbələ" matçı başlayıb.

AZƏRTAC xəbər verir ki, Macarıstan təmsilçisinin ilk 11-liyində Daniel Kovaç, Adrian Rus, Attila Fiola, İvan Petriak, Loik Neqo, Artyom Şabanov, Kenan Kodro, Ruben Pintu, Pal Darda, Nikola Serafimov və Marsel Heyster yer alıblar.

"Qəbələ"nin start heyətində meydana Səlahət Ağayev, İlkin Qırtımov, Ruan Renato, İsnik Alimi, Feras Abu Akal, Rövlan Muradov, Asif Məmmədov, Rafael Utziq, Məqsəd İsayev, Murad Musayev və Felipe Santos çıxıblar.

Oyunu isveçli baş hakim Kaspar Syöberq idarə edir.

İdman 2022-07-21 20:54:00