×
A
A
A
Sazlamalar

“Neftçi”nin UEFA Konfrans Liqasındakı rəqibi növbəti transferini reallaşdırıb

Bakı, 21 iyul, AZƏRTAC

Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Aris” (Kipr) növbəti transferini reallaşdırıb.
AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi “Hammarbü”də (İsveç) çıxış edən Leo Benqstonu heyətinə qatıb. İyirmi dörd yaşlı isveçli yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb.
Qeyd edək ki, “Aris” və “Neftçi” arasında ilk oyun bu gün Larnakada, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.

İdman 2022-07-21 16:26:00