AZAL Bakıdan Londona və əks istiqamətdə səyahət edən sərnişinlərə müraciət edib
Bakı, 16 iyul, AZƏRTAC
Londonun Hitrou (LHR) hava limanı tərəfindən qoyulan məhdudiyyətlərlə əlaqədar “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edilib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Bakıdan Londona uçuş saat 11:55-də, London-Bakı marşrutu üzrə uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.
Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin “[email protected]” ünvanına müraciət edə bilərlər.
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
ADY sədri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb
Paytaxtın müxtəlif ərazilərində 231 avtobusun hərəkət intervalında gecikmələr var