×
A
A
A
Sazlamalar

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibədə 96 nəfər uğur qazanıb

Bakı, 4 iyul, AZƏRTAC

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4221 nəfər qeydiyyatdan keçib. Bu gün saat 11:45-dək olan məlumata görə, 96 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

Elm və təhsil 2022-07-04 11:58:00