×
A
A
A
Sazlamalar

Jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək

Bakı, 4 iyul, AZƏRTAC
22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin, Azərbaycan Voleybol Federasiyası (AVF) və “Avropa Group”la birlikdə təşkil edəcəyi yarışa 8 komanda qatılacaq. Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən “Şuşa”, “Ağdam”, “Kəlbəcər”, “Füzuli”, “Zəngilan”, “Xankəndi”, “Xocalı” və “Suqovuşan”dır.
İyulun 5-də saat 12:00-da AVF-in mənzil-qərargahında atılacaq püşk nəticəsində dörddəbir final cütlərinin tərkibi müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 11-də keçiriləcək. İyulun 16-da yarımfinal, iyulun 22-də final qarşılaşmaları oynanılacaq.
Turnirin qalibinə kubok, pul mükafatı və diplomlar veriləcək. Eyni zamanda, yarışın ən yaxşı voleybolçusu pul mükafatı alacaq.

 

İdman 2022-07-04 11:23:00